Artıq namizəd var...

 Çexiya BMT-nin İnsan Hüquqları Şurasında Rusiyanı əvəz etmək istəyir. Praqa artıq BMT-yə müvafiq namizədliyini də  təqdim edib.

 Bu barədə denik.cz-ə  xəbər yayıb.

"Çexiya şurada Rusiyanı əvəz etmək istəyir, biz elə  indicə namizədliyimizi təqdim etmişik. İnsan hüquqlarının dəstəklənməsi Çexiya hökuməti üçün prioritetdir", - deyə XİN-dən bildiriblər.

 Xatırladaq ki, aprelin 7-də 24 dövlət Rusiyanın BMT İnsan Hüquqları Şurasında üzvlüyünün dayandırılması üçün səs verib. Bu, İnsan Hüquqları Şurasında cəzanın maksimum həddidir.  Və bunun nəticəsində Rusiya Federasiyası Şura üzvlərinin malik olduğu bütün prosessual hüquqlardan məhrum edilib. Eyni zamanda, səsvermədə heç bir Avropa dövləti Rusiyanı dəstəkləməyib.

 Lakin daha sonra Rusiya BMT-nin İnsan Haqları Şurasından könüllü çıxması ilə bağlı bəyanat yayıb.

Xatırladaq ki,  aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyünün dayandırılması ilə bağlı qətnamə qəbul edib. 93 ölkə həmin qətnamənin lehinə, 24 ölkə isə sənədin əleyhinə səs verib - digər 58 ölkə isə bitərəf qalıb.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN