Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Vətən müharibəsinin şəhidi Teymurov Vüsal Zakir oğlunun ailəsini ziyarət edib.

Qeyd edək ki, şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni 3 otaqlı mənzillə təmin olunub.

Nazirlikdən əldə edilən məlumata görə, ailəyə sığorta ödənişi, maddi yardım verilib, Prezidentin aylıq təqaüdü təyin olunub. Habelə, şəhidin anasının məşğulluğu təmin edilib, atası isə pensiyaçıdır.

Ailə üzvləri ilə görüş zamanı şəhid V.Teymurovun döyüş yolundan bəhs olunub. Şəhid olmuş qəhrəmanlarımızın, həmçinin şəhid Vüsal Teymurovun xatirəsinin həmişə ürəklərdə yaşayacağı vurğulanıb.

Şəhid ailəsinin sosial vəziyyəti öyrənilib. Nazir müavini ailənin yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağını bildirib.

Xatırladaq ki, V.Teymurov 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçib və Şuşa istiqamətində gedən döyüşdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə Vüsal Teymurov “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN