Klubun Vətən müharibəsi iştirakçısı olan əməkdaşı diqqətsizlikdən gileylənib.

Aprelin 3-ü gecə saat 3-də “Location” gecə klubunda baş verən partlayışdan 3 həftəyədək vaxt keçib. Hadisə zamanı  30-dan çox insan xəsarət alıb, 4 nəfər həyatını itirib. Partlayışa görə üç nəfər həbs edilib.

Bir neçə gün əvvəl xəsarət alanlardan bloger Aysel Şükürova  "instagram" səhifəsində müalicə olunduğu xətəxanaya rəsmi şəkildə 8 mindən artıq pul ödədiklərini, indiyədək "Location" gecə klubunun sahiblərinin onun vəziyyəti ilə maraqlanmadıqlarını, mənəvi dəstək belə vermədiklərini və hazırda keçirdiyi həyacana görə ev şəraitində psixoloq müalicəsi aldığını və məhkəmyə müraciət edəcəklərini bildirmişdi.

İndi isə Vətən müharibəsi iştirakçısı olan – klubun əməkdaşı Fariz Məmmədov videoaçıqlama yayıb. O, bildirib ki, gecə klubunun sahibləri onun müalicəsi ilə bağlı heç bir maddi yardım etmir və o, hazırda çalışa bilmədiyi üçün ailəsini də dolandıra bilmir:

“Mən müdiriyyətdən mənəvi dəstək istədim, dedilər, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub”.

F.Məmmədov əlavə edib ki, "Medera" hospitala yerləşdirilməzdən əvvəl 5 nömrəli Şəhər Klinik Xəstəxanasına aparılıb və müalicəsi üçün xeyli borca-xərcə düşüblər. Dövlət xəstəxanasında iki dəfə əməliyyat olunan Fariz, daha sonra "Medera" hospitala köçürülüb. Klubun vəzifəli şəxsləri yalnız özəl klinikada gedən müalicənin xərclərini qarşılayıblar. Daha sonra isə Fariz evə buraxılıb və onun müalicəsinin növbəti mərhələsi qalıb. Və hazırda videodan da göründüyü kimi, Farizin hər iki qolları sarğıdadır və o, sağalmayıb.

KİV-də yayılan məlumata görə, Fariz Məmmədzadə “Location”da cəmi 12 gün işləyə bilib, daha sonra partlayış olub. Beləliklə də o, həm iş yerini itirib, həm də sağlamlığına zərbə vurulub. Ailəsi iddia edir ki, işçilər orada qeyri-qanuni - əmək müqaviləsiz çalışdırılıb. Bu səbəbdən onların sığortası da olmayıb.

Yəqin ki, əlaqədar qurumlar gecə klubunda çalışanların müqaviləli, yaxud müqaviləsiz çalışdırılması məsələsini də araşdırır.

Videonu təqdim edirik:

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN