Ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün Ekoloğiya və Təbii Sərvətlər Nazirliyi  (ETSN) ilə bərabər hüquq-mühafizə orqanları da tədbirlər həyata keçirir.

Elə bu günlərdə sanitariya –gigiyena qaydalarının pozulması hallarının qarşısını almaq üçün DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və ETSN əməkdaşları birgə keçirdikləri tədbirlər zamanı Yasamal rayonunun “Qanlıgöl” adlanan ərazisində “ZİL” markalı yük avtomobili ilə qarşışıq tullantıların boşaldılması və qalaqlanması aşkar edilib.   
Qaradağ rayonu ərazisində keçirilə tədbir zamanı isə sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.   

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə “ZİL” markalı avtomobilin sürücüsü B.Sərdarov və “Qədim” kiçik müəssisəsinin vəzifəli şəxsi N.Sahibcanov barəsində inzibati protokollar tərtib edilib.

Qeyd edək ki, hal-hazırda iqtisadi, siyasi, texnoloji və digər səbəblərdən dünya əhalisinin 50%-dən çoxu şəhərlərdə məskunlaşıb və bu göstəricinin 2050-ci ilə qədər 70%-ə qədər artacağı ehtimal olunur. 

Azərbaycanda da paytaxt sakinlərinin sayı günbəgün artır. Əhali artdıqca maşınların da sayı artır, tullantıların da və çox təəssüf ki, ekologiyanı çirkləndirənlərin də…

Ekologiya nazirliyi ətraf mühitin təmizliyi, ekologiyanın qorunması üçün müxtəlif layihələr həyata keçirir. Bura həm yaşıllıqların sayının artırılması, həm təmizliyin qorunması üçün müxtəlif təşkilatlarla həyata keçirilən iməcliklər daxildir. Nazirlik əməkdaşlarının digər qurumlarla həyata keçirdiyi bu gözəl təşəbbüslərə hər birimiz ətraf mühitin təmizliyinə riayət edərək, onu qoruyaraq dəstək olaq.

Azərbaycan bizim evimizdir və bu evin həm sərhədlərini, həm də ekologiyasını mühafizə etmək hamımızın borcudur.

 

Y.MƏMMƏDLİ

  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN