Bu gün Azov dənizindəki Temryuk limanının sularında Türkiyəyə məxsus quru yük gəmisində yanğın baş verib.

Rosmorreçflot-un mətbuat xidmətinin yaydığı məlumata görə, gəmidə taxıl olub.

"Gəmi sahibi  - Türkiyə şirkəti olan "Aqua" gəmisi, yükü taxıldır. O, Temryuk limanının yol kənarında lövbər salıb. Moskva vaxtı ilə saat 11.30-da tüstülənmə barədə məlumat daxil olub.”

RİA Novosti-nin məlumatına görə, kapitan kömək istəməyib, lakin “Rosmorport” onlara dəstək verən iki yedək gəmisi göndərib.

“Türkiyə şirkətinin yük gəmisi Vanuatu bayrağı altında üzüb. Yanğının səbəbi hələlik məlum deyil”, - deyə “Rosmorreçflot” əlavə edib.

Qeyd edək ki, gəmi söndürülsə də, bir nəfərin həlak olduğu bildirilir. Lakin həmin şəxsin hansı ölkənin vətəndaşı olduğu hələki açıqlanmayəb.

"İnterfaks"ın Rosmorport-a istinadən yaydığı məlumata görə, gəminin 13 nəfər ekipaj üzvü olub - onlar Azərbaycan, Türkiyə və Hindistan vətəndaşları olub... Onların adları hələlik açıqlanmayıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN