Hacıqabulda güclü yağan yağışlardan sonra sel körpünü aparıb

Bu barədə Hacıqabul İcra Hakimiyyətindən "Təzadlar"a verilən məlumatda bildirilir. Belə ki, rayonun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda daşqınlar yaranıb. "Sel-suları çayın üzərindəki köhnə körpünü uçuraraq tamamilə yararsız hala salıb. Bununla da Udulu kəndi istiqamətindən 7 yaşayış məntəqəsinin rayonla əlaqəsi müvəqqəti kəsilib". 

Lakin sel Udulu kəndini birləşdirən çay üzərindəki körpünü uçursa da, yaşayış məntəqələrini birləşdirilən Tağılı kənd istiqamətindəki alternativ yoldan istifadə edilir. Uçan körpünün yaxınlığında isə yeni körpü salınır.

Xoşbəxtlikdən sel suları təsərrüfata ciddi ziyan vurmayıb.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN