"Siz hər gün Zelenski üçün dua edə bilərsiniz. Mən ölkəmiz və ölkəmizin birləşməsi üçün dua edirəm".

Tezadlar.az xəbər verir ki, bu sözləri baş nazir İrakli Qaribaşvili jurnalistə Ukrayna prezidenti Vladimir Zelenski ilə bağlı sualı cavablandırarkən deyib. Qaribaşvili qeyd edib ki, bütün vətənpərvər siyasətçilər Gürcüstanın maraqlarını güdməlidirlər: “Biz və bütün vətənpərvər siyasətçilər Gürcüstanın maraqlarını güdməlidirlər, apardıqları zərərli, xəyanətkar və dövlət əleyhinə siyasətə deyil. Bütün siyasətçilər və biz, öz vətənimizin mənafeyini həyata keçirməyə sadiq, borclu və məcbur olmalıyıq", - deyə İ. Qaribaşvili bildirib.

24news.ge


Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN