Hindistanın paytaxtı Yeni Dehli şəhərində üç mərtəbəli ofis binasında yanğın baş verib.

"Hindustan Times" qəzeti xəbər verir ki, yanğın nəticəsində azı 26 nəfər həlak olub, 12 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, yanğın binanın birinci mərtəbəsində başlayıb, həmin zaman binanın daxilində 70 nəfər olub.

Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb edilib.

Qeyd edilir ki, binanın sahibi polislər tərəfindən saxlanılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN