Qarabağ savaşında düşmənə qan uduran Türkiyənin “Baykar” şirkətinin texniki direktoru

və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar "TEKNOFEST Azərbaycan" festivalının keçiriləcəyi əraziyə gəlibdir. Bayraqdar festivalda iştirak edəcək startaplara baş çəkib. S.Bayraktara bildirilib ki, "TEKNOFEST Azərbaycan" çərçivəsində Bakıda keçiriləcək "Takeoff Baku" müsabiqəsinin qaliblərinə yüksək məbləğdə mükafat veriləcək. O cümlədən, I yeri tutacaq startap 15 min dollar mükafat, II yeri tutan startap 10 min dollar, 3-cü yeri tutan startap isə 5 min dollar mükafat alacaq. Daha sonra qonaq media nümayəndələri ilə ərazini gəzib və jurnalistlərin suallarını cavablandırıb.  Texniki direktor 6 startapla yaxından tanış olduğunu və bütün ideyalarla tanış olduqdan sonra onun diqqətini cəlb etmiş stratapı açıqlaya biləcəyini qeyd edib.

Dron və PUA-ların bayraqdarı olan Bayraqdarın Bakıda olması həm də tariximizin şanlı anlarından biridir.

Sevinc MURADXANLI 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN