“ABŞ Rusiyanın Gürcüstanı işğal etməsini pisləyir...”

Amerika Birləşmiş Ştatlar Gürcüstanı Ukraynanı dəstəkləmək üçün bütün mümkün addımları atmağa və Rusiya Federasiyasını hərbi cinayətlərinə görə məsuliyyətə cəlb etməyə çağırıb.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bu vəzifəyə təyin olunması ilə bağlı Gürcüstanın xarici işlər naziri İlya Darçiaşviliyə göndərdiyi məktubda yazıb.

“Evropeyskaya pravda” qeyd edir ki, məktub aprelin 22-də yazılsa da, Gürcüstan mətbuatında elə indilərdə dərc olunub.

Blinken, həmçinin qeyd edib ki, “demokratik institutların və proseslərin gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və regional münaqişələrin həlli üçün hələ çox iş görülməli olsa da, ABŞ bu səylərdə gürcü xalqını dəstəkləyir.

Dövlət katibi gürcü həmkarına ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığa sadiq qaldığını bildirib.

 “ABŞ Rusiyanın Gürcüstanı işğal etməsini pisləyir və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam edir”, - deyə Blinken bildirib.

Xatırladaq  ki, yaxın qonşumuz olan  Gürcüstan və  Amerika Birləşmiş Ştatları arasında 1992-ci ildən diplomatik əlaqələr qurulub. ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır,  həmçinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır.

2009-cu ildə ölkələr Strateji Tərəfdaşlıq Xartiyası imzalayıb və bunun çərçivəsində ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Komissiyası qurulub. Komissiya Xartiyada müəyyənləşdirilmiş prioritet sahələr üzrə dördtərəfli işçi qrupuna bölünüb: demokratiya, müdafiə və təhlükəsizlik, iqtisadi işlər və mədəni mübadilə. Hər il yüksək səviyyəli Amerika və Gürcüstan siyasətçiləri işçi qrup şəkilində görüşlər keçirir. Bu görüşlərdə qiymətləndirmələr aparılır və yeni hədəflər təyin edilir.

Gürcüstanı ziyarət edən Amerika vətəndaşlarına hazırda giriş üçün viza tələb edilmir. Vətəndaşlar ölkənin giriş nöqtələrində 90 günlük turizm vizası alaraq daxil ola bilirlər.

Ölkələr ikitərəfli investisiya müqaviləsi ilə yanaşı ikitərəfli ticarət müqaviləsi də imzalayıblar. Gürcüstan «Generalized System of Preferences program» proqramı çərçivəsində ABŞ-a rüsumsuz bir çox mal ixrac edə bilər.

Qeyd edək ki, ABŞ hər il Gürcüstana humanitar yardım ayırır. Hətta bu yaxınlarda Gürcüstana səfəri zamanı senator Bob Keysi də vurğulayıb ki, “Son 30 il ərzində biz Gürcüstanı dəstəkləyirik və 2022-ci ilin fiskal büdcəsində artıq 132 milyon dollar ayrılacaq. Bu, həqiqətən də əhəmiyyətli yardımdır”. 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN