Kürdəmir rayon sakini Vasif Hacıyev ünvanlı sosial yardım ala bilmir.

Vətəndaş V.Hacıyev məsələ ilə bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də rədd cavabı alıb.

Üç azyaşlı uşaq atası olan Vasif Hacıyev tikinti materialları mağazasında fəhlə kimi çalışır.

Cəmi 300 manat əmək haqqı alan vətəndaş ailəsi ilə birlikdə kirayə evdə yaşayır.

V.Hacıyev mətbuat üzərindən aidiyyəti qurumlara müraciət edərək, onun sosial problemlərinin həll edilməsini istəyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN