Yeni Yasamal yaşayış massivi, Əhəd Əhmədov küçəsi 2 ünvanında yerləşən 5 çoxmərtəbəli binanın tikintisi 16 ildir yekunlaşmır. Üstəlik, bir mənzil eyni vaxtda bir neçə nəfərə satılıb.

Bununla bağlı illərdir şikayətləri heç bir nəticə verməyən sakinlər növbəti dəfə “Global SF” MMC-nin ofisinə üz tutublar. Müzakirədən sonra sakinlərə vəd edilib ki, onların şikayətləri təmin olunacaq. Tikinti şirkətinin rəsmiləri sakinləri qəbul etsələr də, KİV əməkdaşlarının suallarına cavab verməkdən imtina ediblər.

Əslində, tikintinin illərdir bitməməsi, bir mənzilin bir neçə nəfərə satılması kimi hallar bu sektor üçün, demək olar ki, adiləşib. Çünki qanunvericilikdəki boşluqlar buna rəvac verir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 17-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binalar qabaqcadan çıxarışla yox, arayışla qeydiyyata alınır. Mülki Məcəllənin 178.2-ci maddəsi isə tələb edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ reyestrdə qeydə alındığı andan yaranır.

Görünür, tikinti şirkətləri də sui-istifadə edərək bundan yararlanırlar. Qanunvericilikdəki boşluqlardan biri də vahid informasiya bazasının olmamasıdır. Lakin bununla bağlı ilkin addım atılıb. Maraqlıdır, bəs görəsən, 2022-ci ilə qədər bu problemi həll etmək üçün hansı addımlar atılıb?

Mövzunu diqqətdə saxlayacağıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN