Rusiya paytaxtında «Grand Setun Plaza» biznes mərkəzinin binası yanır, insanlar içəridə qalır.

Tezadlar.az bildirir ki, sosial şəbəkələrdə yayılan videoya görə, binanın bir neçə mərtəbəsi yanır. Yanğınsöndürənlər hələ də biznes-mərkəzdəki yanğının öhdəsindən gələ bilmirlər. Çöldə yağış yağsa da, o da yanğını söndürməyə kömək etmir. Ölən və ya yaralananlar barədə hələlik dəqiq məlumat yoxdur. TASS-ın məlumatına görə, binada bloklananların sayı 20-yə çata bilər. Media isə biznes mərkəzinin 6-7-ci mərtəbələrindəki bir neçə nəfərin yanğının qarşısını aldığını yazır.

Binada bloklanan insanların bəziləri damın üstünə çıxıb. Ehtimal var ki, yanğına qısaqapanma səbəb olub.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN