Ötən il gizli yolla Gürcüstana gələn və daha sonra həbs edilərək Rustavi şəhərindəki 12 saylı həbsxanaya köçürülən eks prezident Mixeil Saakaşvilinin səhhəti ətrafında söz-söhbət bitmir.

Ailəsi, tərəfdarları onun müalicə olunmaq üçün Avropaya  göndərilməsini tələb edirlər.

Bir müddət əvvəl elə  bu söz-söhbətə son vermək üçün eks prezident “VİVAMED” klinikasına  köçürülüb.

Lakin vəkili, tərəfdarları onun müalicəsindən razı deyillər və yeganə çıxış yolunu Avropa ölkələrindən birinə (Polşa da müalicəsini öz üzərinə götürmək istəyir) göndərilib müalicə olunmasında görürülər.

 Bu günlərdə, Gürcüstanın Ədliyyə naziri Rati Breqadze Saakaşvilinin xaricdə müalicəsi barədə verilən sualı cavablandırarkən bildirmişdi ki, istənilən məqsədlə ölkəni tərk edərkən cəza təxirə salınmalı və ya cəzadan azad edilməlidir.

 “Qərar məhkəmə tərəfindən verilir, Ədliyyə Nazirliyi öz qərarı ilə heç bir məhkumun üzünə qapı aça bilməz, bunun üçün müvafiq hüquqi əsas olmalıdır”, - deyə nazir vurğulamışdı.

…Ölkə prezidenti Salome Zurabişvili də yerli televiziyaya müsahibəsi zamanı bir daha bəyan edib ki, Mixeil Saakaşvilinin əfvi məsələsi ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil.

Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

“Siz Gürcüstan cəmiyyətini tanıyırsınız, bilirsiniz ki, bu, həddindən artıq mübahisəli məsələlərdən biri olacaq. Mən qütbləşməni yatırmaq üçün əvvəllər də üç dəfə bir neçə şəxsi əfv etmişəm, o vaxt da nəticə əldə olunmayıb və burada xalqın mövqeyi daha kəskin ifadə edilib. İctimaiyyətin xatırladığı çox çətin illəri nəzərə alsaq, mən ölkədə bu qütbləşməni daha da dərinləşdirə biləcək heç bir işdə iştirak edə bilmərəm”, - deyə prezident məsələyə birdəfəlik nöqtə qoyub.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN