Gürcüstanın paytaxı Tbilisidə fəaliyyət göstərən  Avropa Universiteti”"Co Ann" Universitet Hospitalı ilə birləşməsini elan etmədiyi üçün 15 min lari məbləğində cərimələnib.

Bu barədə Gürcüstanın Milli rəqabət agentliyinin məlumatında deyilir.

 Cəriməni ödədikdən sonra universitet onun alınması barədə agentliyə yazılı bildiriş göndərməli olacaq.

Qeyd edək ki,  Avropa Universiteti hospitalı daha əvvəl satın alsa da, lakin birləşmə barədə məlumat verməyib. Adı çəkilən Universitet Tbilisidə 2002-ci ilə təsis edilib.

 Xatırladaq ki, Gürcüstanın mövcud qanunvericiliyinə görə, iki şirkətin illik dövriyyəsi 20 milyon lari, hər bir şirkətin dövriyyəsi isə 5 milyon laridən çox olduqda birləşmə əməliyyatı zamanı bildiriş tələb olunur.

Cəriməyə məruz qalan Universitet Tbilisidə 2002-ci ildə təsis edilib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN