Daxili İşlər Nazirliyinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən may ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 45 nəfər tutulub. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən 40 nəfəri barəsində məhkəmə tərəfindən həbs, 5-i haqqında isə polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 30 kiloqram 500 qram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən üçü rayon ərazisində yaşadığı evdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycanda narkotiklə bağlı cinayətlər artıb.

Statistika Komitəsinin məlumatına görə, əgər 2020-ci ildə narkotiklərlə bağlı 5252 cinayət baş vermişdisə, 2021-ci ildə bu rəqəm 8 571-ə yüksəlib və ya artım 60% olub.

Ölkədəki ümumi cinayətlərin arasında narkotik cinayətlərinin payı da artıb. 2020-ci ildə ölkədə hər 100 cinayətin 20-si narkotivlə bağlı idisə, 2021-ci ildə bu rəqəm 27-yə yüksəlib.

Narkotiklərin satışı isə 70%-dən çox artıb. Belə ki, 2020-ci ildə narkotiklərin satışı ilə bağlı 1895 hal qeydə alınmışdısa, 2021-ci ildə bu rəqəm 3274-ə yüksəlib.

Narkotik satışı ilə məşğul olanların sayı isə 50%-dən çox artaraq 2020-ci ildəki 4233-dən 2021-ci ildə 6490-a yüksəlib – 53% artım.

Xatırladaq ki, Azərbaycan narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən bir sıra beynəlxalq layihələrdə iştirak edir. Avropa İttifaqı və BMT-nin maliyyə dəstəyi ilə Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı çərçivəsində Daxili İşlər Nazirliyi tərkibində doqquz regional mərkəz yaradılmış və narkotiklər, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı milli elektron baza yaradılıb.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN