"Şikayətim "Ateshgah Insurance Group"dandır. Bir aydan uzun müddətdir ki, avtomobilimə dəymiş ziyanın, demək olar ki, yarısını qiymətləndirməsinə baxmayaraq, 200 manat məbləğli ödəmirlər...".

Bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Cəlil Türksoy adlı istifadəçi yazıb.

Narazı vətəndaş daha sonra yazır: "Səbəb yoxdur, hər şey qaydasındadır, lakin ödəmə 2 həftə öncə olunacağı deyilsə də, hər yeni həftə, bu həftə ödəniləcək deyilərək vaxt uzadırlar (whatsapp danışıqları var). Qaynar xətləri konkret xidmət göstərmirlər nə zaman zəng etsəm, aidiyyəti qurumu yönəldirik deyirlər. Mən belə başa düşürəm ki, aidiyyəti qurum, ümumiyyətlə, yoxdu bu şirkətdə, çünki bu vaxtlarda hələ bir nəfər zəng edib soruşmayıb ki, şikayətin nədəndir?

Sizi də bu şirkətin xidmətlərindən istifadə etməyəyə dəvət edirəm.

Mən normal və düzgün xidmət aparan bir sığorta şirkəti kimi bilirdim bunları. 200 manata bu hərəkəti edənlər yüksək məbləğ olsa, şirkəti bağlayıb gedərlər, düşünürəm ki..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN