Rusiya Ermənistanı taxıl məhsullarının aclığından qurtardı...

Ermənistan İqtisadiyyat Nazirliyi Rusiyadan taxıl idxalına icazə aldığını açıqlayıb. Erməni idxalçıları üçün Rusiya Federasiyasından taxıl məhsullarının ixracına qoyulan ümumi qadağadan istisna ediləcək.

 Ermənistan KİV-nin məlumatına görə, ittifaqın ərazisində Rusiyadan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvü olan ölkələrə taxıl məhsullarının ixracının məhdudlaşdırılması məsələsi müzakirə olunub. Nəticədə məsələ həll olunub və Ermənistan üçün məhdudiyyət götürülübə

Bununla əlaqədar iqtisadiyyat qurumu vurğulayıb ki, yaxın vaxtlarda Ermənistanda taxıl və taxıl məhsullarının qıtlığı gözlənilmir. Lakin “Yuxarı Lars” keçid məntəqəsində çox uzun növbələr səbəbindən idxal ləngiyir.

Ermənistan iqtisadiyyat nazirliyində, həmçinin respublikada əvvəllər Ukraynadan gətirilən mallarla bağlı problemlərin olacağını da istisna etməyiblər.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 29 may 2014-cü ildə Belarus, Qazaxıstanvə Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Daha sonra isə Ermənistan və Qırğızıstan  ilə müqavilə imzalanıb. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildən başlayıb.

Xatırladaq ki, Rusiya bir neçə aydır ki, Avrasiya İqtisadi İttifaqı ölkələrinə taxıl ixracına, eləcə də üçüncü ölkələrə ağ şəkər və xam qamış şəkərinin ixracına müvəqqəti qadağa tətbiq edib . Taxıl məhdudiyyətləri iyunun 30-dək, şəkər üçün isə 2022-ci il avqustun 31-dək qüvvədə olacağı bildirilmişdi.

Taxıl qadağası buğda və meslin, çovdar, arpa və qarğıdalıya şamil edilir.

 

 JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN