"Bidzina İvanişvili formal olaraq hökumət və ya partiya başçısı deyil, o birbaşa hazırkı hökumətin başında dayanır, mən buna əminəm"

TEZADLAR.AZ xəbər verir ki, bunu Gürcüstanın keçmiş baş naziri, "Gürcüstan Naminə" partiyasının rəhbəri Giorgi Qaxaria, medialara müsahibəsi zaman bildirib. Onun sözlərinə görə, Gürcü Arzusunun qurduğu bütün struktur gücün əldə saxlanmasına xidmət edir: "Bidzina İvanişvili formal olaraq hökumət və ya partiya başçısı deyil, o birbaşa hazırkı hökumətin başında dayanır, mən buna əminəm. Əgər biz hansısa yolla ölkənin üzləşdiyi problemlərdən yayınmaq istəyiriksə, əvvəlcə harada olduğumuzu, vəziyyətimizin necə olduğunu obyektiv qiymətləndirməliyik. Gürcü Arzusu bu gün nə Avropapərəst, nə də Rusiyapərəstdir, təəssüf ki, gürcüpərəst də deyil. Bu partiya özünəməxsusdur və Bidzinapərəstdir, sadəcə gücünün olmasını istəyir. Bütün bu struktur gücün saxlanmasına xidmət edir",-deyə Qaxaria bildirib. Xatırladaq ki, "Gürcü Arzusu" partiyasının qurucusu Bidzina İvanişvili, 2021-ci ilin 11 yanvar tarixində siyasətdən getdiyini bildirmişdi. Qeyd edək ki, İvanişvili 2013-cü ildə də siyasətdən getdiyini bildirmiş, lakin 2018-ci ildə yenidən siyasətə qayıtdığını açıqlamışdı.

24news

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN