Gəncədə qətl hadisəsi baş verib.

Hadisə şəhərin Ərdəbil küçəsində qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənova Gülzar Vahid qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın xəstəxanada keçinib.

Hadisəni şəhər sakini, 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğlunun törətdiyi məlum olub.

Sabir Şabanovun qısqanclıq zəminində həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurduğu bildirilir.

Son məlumata görə, həyat yoldaşını qətlə yetirən kişi tutulub.

32 yaşlı G.Həsənova həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN