Türkiyə silahlı qüvvələri İraqın şimalında PKK terror təşkilatının 6 silahlısını zərərsizləşdirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Türkiyə Silahlı Qüvvələri terrorçuların yuvalarını məhv etməyə davam edir. Bu fəaliyyət çərçivəsində İraqın şimalında "Pençe-Kilit" əməliyyatı zonasında müəyyən edilən 6 PKK terrorçusu zərərsizləşdirilib", - məlumatda bildirilir.

 Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən minlərlə Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN