“Ermənistan” millətçi blokunun parlament fraksiyası ötən gün sosial şəbəkələrdə

baş nazir Nikol Paşinyanın əleyhinə bu gün, iyunun 6-da saat 19:00-da Fransa meydanında keçiriləcək yeni mitinqlə bağlı mesaj yayıb.

 Ötən gün “müharibə partiyası”ndan olan millətçilər də Fransa meydanına toplaşıblar, lakin onlar mitinq yox, “Biz hansı Ermənistan uğrunda vuruşuruq” mövzusunda “müzakirə” keçiriblər. Parlament sədrinin müavini daşnak İşxan Saqatelyanın sözlərinə görə, bazar günü etirazların yay aylarını planlaşdırmaqla keçib.

 Bundan əvvəl o, millətçilərin Ermənistana gələn beynəlxalq nümayəndə heyətləri ilə “işləməyə” başlayacaqlarına söz vermişdi.

Qeyd edək ki, Ermənistanda revanşist qüvvələr Azərbaycan oğullarını Dəmir yumruqla əldə etdikləri 10 noyabr üçtərəfli Bəyanatındakı öhdəliklərin yerinə yetirilməsinə mane olmağa çalışır, mitinqlər, aksiyalar keçirirlər.

 Prezident İlham Əliyev müsahibələrinin birində belə qüvvələrə mesaj verərək, bildirmişdi ki, “İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Bu məğlubiyyət demək olar ki, onların otuz ildir davam edən “yenilməz ordusu”, “gücü”, “əsgər və komandirlərinin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür”.

Həmçinin prezident Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında da bir daha etdi ki, Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN