Bakının mərkəzində piyadalar üçün nəzərdə tutulmuş səki avtomobil dayanacağına çevrilib.

Bu barədə sosial şəbəkələrdə məlumat və fotolar paylaşılıb.

Paylaşılan fotolarda Bülbül prospektində piyadalar üçün salınan geniş səkinin dağıdıldığı, ağacların kəsildiyi, yerin asfaltlandığı və yolun parkinqə çevrildiyi görünür.

Qeyd edək ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın kəsilməsi ilə bağlı artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN