Genişmiqyaslı müharibənin 104-cü günündə Rusiya ordusu Severodonetskə hücumu davam etdirirb və Ukrayna helikopterləri Xerson vilayətində düşmən qüvvələrinə, aviasiya isə Nikolayev vilayətindəki sursat anbarlarına hücum edib.

Tezadlar.az Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının iyunun 7-də səhər saat 6-a olan əməliyyat məlumatına istinadla bildirir ki, döyüşlər səhərədək davam edib... Belə ki, Belarus ərazisindən raket və hava zərbələri təhlükəsi Volın və Polesye istiqamətlərində hələ də qalmaqdadır. Belarus ordusunun sayının artırılması planlaşdırılır.
Seversk istiqamətində düşmən aktiv əməliyyatlar keçirməyib. Ukrayna Müdafiə Qüvvələrinin mövcudluğunu nümayiş etdirmək və onları bağlamaq üçün Rusiya Federasiyası Bryansk və Kursk vilayətlərinin sərhədyanı ərazilərində üç batalyon taktiki qrupunu saxlamağa davam edir. Rusiya Federasiyası ərazisindən isə Sumı vilayətinin Xodıno və Bolşaya Pisarevka yaşayış məntəqələri ərazilərində Ukrayna qoşunlarının bölmələrinin minaatanlardan atəşə tutulması həyata keçirilib.
Xarkov istiqamətində düşmən əsas səylərini işğal etdiyi xətləri, Xarkovdan şimalda yerləşən sərhəd rayonlarını saxlamaq və Ukrayna qoşunlarının irəliləyişini dayandırmağa yönəldir.

Ukrayna qüvvələri Rusiya ordusunu bütün istiqamətlərdən atəşə tutub, müharibə şiddəti ilə davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN