""28 May” Neft Qaz Çıxarma İdarəsinin 8 və 5 saylı Dərin Dəniz Özülündə 2 ilə yaxındır istilik-soyutma sistemi yoxdur. Neftçilər qışın soyuğunda, yayın istisində işləməyə, gecə növbəsindən sonra soyuqda buz bağlayan, istidə qızan dəmir köşklərdə dincəlməyə məcbur qalıblar".

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı özünün feysbuk səhifəsində yazıb.

Hüquq müdafiəçi bildirir ki, bununla bağlı rəhbərlik etdiyi təşkilata müraciətlər daxil olub. Neftçilər bildiriblər ki, sistem ötən ilin qışından sıradan çıxıb.

“Qışda soyuğa yenə dözmək olur, yayın qızmar istisində vəziyyət daha da çətinləşir. İndidən isti otaqlarda nəfəs almaq çətinləşib. Gecə növbəsindən gələn yorğun fəhlə normal yatıb dincələ bilmir. Fəhlələr deyirlər ki, dəfələrlə rəhbərliyə məlumat verilsə də, bu barədə bir əncam edən tapılmır”, - deyə M.Qəhrəmanlı yazıb.

Təşkilat rəhbəri ona verilən məlumata əsaslanaraq bildirir ki, SOCAR -ın bütün isitmə-soyutma sisteminin təmiri, yenilənməsi “A-Kond” şirkəti tərəfindən həyata keçirilir: “İşçilər deyirlər ki, iki ildən artıqdır “Günəşli” yatağındakı platformaların yaşayış blokundakı köhnə isitmə-soyutma sistemləri sökülüb, dəyəri 60 min manat isitmə soyutma (Kalorifer) sistemi ilə əvəz olunub. Bu sistemlər isə platformalardakı yaşayış bloku üçün çox zəifdir, havalandırma sistemi nəmişli havada tez sıradan çıxır, üstəlik keyfiyyətsizdir. Bunu sistemə baxmaq üçün dəvət olunmuş türk mütəxəsisi də təsdiq edib. İki ildir ki, bu sistemdə təmir adı ilə çoxlu pullar silinib. Sistem isə işləmir”.

İşçilər deyiblər ki, problemlə əlaqadar şikayət etdikdə “Azneft” İstehsalat Birliyindən gəlir, blok rəisləri isə sistemin normal olduğu haqda Akta imza atır. Və beləliklə, “təmir” əməliyyatı davam edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN