Dünən Bakının mərkəzində piyadalar üçün nəzərdə tutulmuş səkinin avtomobil dayanacağına çevrildiyi barədə məlumat vermişdik.

Həmin səkinin fotoları sosial şəbəkələrdə  paylaşılmışdı.

Məsələdən sonra Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

BŞİH-nin yaydığı məlumata görə, Nəsimi rayonunda yaradılan qanunsuz parklanmanın Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqına məxsus olduğu bildirilir.

Qeyd edilir ki,  ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.

Xatırladaq ki,  Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədovadır və oranın ilk sədridir (2012).

Xalq artisti uzun illər Azərbaycan Milli Dram Teatrında çalışıb və çoxlu sayda tamaşalarda cazibədar obrazlar yaradıb.

Şəfiqə Məmmədova "Qaraca Qız” (Qız), "Dədə Qorqud” (Burla xatun), "İstintaq” (Gülya), "Bizim Cəbiş müəllim” (Cəbişin arvadı), "Ad günü” (Fəridə), "Çarvadarların izi ilə” (Səriyyə) bədii filmlərində çəkilib və yaddaqalan obrazları ilə insanların sevimlisinə çevrilib.

Şəfiqə xanım Məmmədova Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olub (1995–2000).

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN