Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 31500 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1393 ədəd tankı, 3 492 ədəd zirehli döyüş maşını, 703 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 96 hava hücumundan müdafiə sistemi, 212 ədəd hərbi təyyarəsi, 178 ədəd helikopteri, 2406 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 559 ədəd dronu, 125 qanadlı raket və 53 ədəd xüsusi texnikası məhv edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN