Dünən Bakının mərkəzində piyadalar üçün nəzərdə tutulmuş səkinin avtomobil dayanacağına çevrildiyi barədə məlumat vermişdik.

Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə məlumat və fotolar paylaşılmışdı. 

Paylaşılan fotolarda Bülbül prospektində piyadalar üçün salınan geniş səkinin dağıdıldığı, ağacların kəsildiyi, yerin asfaltlandığı və yolun parkinqə çevrildiyi görünürdü.

Sözügedən məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilmişdi ki, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın kəsilməsi ilə bağlı artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Qurumun növbəti məlumatında isə bildirilib ki, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ərazidəki qəzalı vəziyyətdə olan ağacın götürülməsi ilə bağlı Nəsimi rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub və Agentlik tərəfindən sözügedən ərazidə qəzalı vəziyyətdə olan 1 safora ağacının götürülərək yerində yeni ağacın əkilməsi şərtilə rəy verilib.

V.Cavadovun sözlərinə görə, Agentlik tərəfindən verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı üçün Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN