Cəlilabad rayon Göytəpə şəhər ərazisində sahibkar Məlik adlı şəxs tərəfindən sahibi olduğu "Hacı Market"ın önündəki 3 çinar cinsindən olan 50 diametrində olan ağac əvvəl budanıb, sonra isə kəsilib. Ağac kəsildikdən sonra isə izi itirmək üçün yerinə asfalt örtüyü çəkilib.

Redaksiyamıza daxil olan məlumata görə, bu işi Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev və onun yaxın "Qara kassa"sı olan Talıbla birlikdə görüb.

Adları çəkilən məmurlar Məlikə adlı şəxsə bildirib ki, birdən soruşan olsa, desin ki, o, sözügedən ağacların kəsimi üçün rəy alıb və həmin rəy də Talıbdadır.

Ancaq həqiqətdə elə bir rəy yoxdur.

Hətta bir neçə ay bundan öncə Masallı rayonunun Digər kəndində , Masallı şəhərində və Göytəpə ərazisində də bir neçə yaş ağac kəsilib və yerində tikililər salınıb.

Qeyd edək ki, Mirsalam Qənbərovun ağac ovuna çıxması tək cənub bölgəsində deyil, Bakı və digər bölgələrimiz də həmçinin.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN