“Biz bu oyunu çoxdan oynayırıq və onun necə işlədiyini bilirik.”

Ukrayna Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsinin heç bir alternativini qəbul etmir.

Ukrayna Kİv-nin məlumatına görə, bunu jurnalistlərlə söhbəti zamanı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

"Biz namizəd statusu əvəzinə heç bir surroqat versiya və ya alternativi, nə olursa olsun, qəbul etməyəcəyik. Bizə Aİ üzvlüyünə namizəd statusu lazımdır -namizədliyə namizəd, potensial namizəd, yaxud başqa surroqat yox. Biz bu oyunu çoxdan oynayırıq və onun necə işlədiyini bilirik", - deyə Kuleba bildirib.

Xatırladaq ki, hələ bir neçə ay öncə Baltikyanı ölkələrin parlamentlərinin spikerləri (Latviya, Litva və Estoniya) Ukraynanın Avropa İttifaqına qəbul olunmasını dəstəkləyən bəyanatla çıxış ediblər.

Ötən gün Ukrayna prezidenti Volodimir Zelenski isə Polşa prezidenti Andjey Duda ilə Ukraynanın Aİ-yə üzvlüyü üzrə namizədlik statusunu müzakirə etdiyini  bildirib.   

O, bu məsələnin yaxın həftələrdə həllini tapacağına inandığını bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN