"Sərhədsiz Reportyorlar" beynəlxalq hüquq-müdafiə təşkilatı Rusiyanın müstəqil KİV əməkdaşları və onların qohumlarına humanitar və iş vizalarının verilməsi proqramını sadələşdirməyə və genişləndirməyə çağırır.

Bu barədə təşkilatın bəyanatında deyilir.

“Sərhədsiz Reportyorlar” təşkilatı müharibə başlayandan sonra Rusiyanı tərk etmiş 70 rusiyalı dissidentə daimi yaşayış icazəsinin verilməsilə bağlı Almaniya hakimiyyətinin qərarını alqışlayıb.

Humanitar vizalar təkcə jurnalistlərə deyil,  teleoperatorlara və digər texniki işçilərə də verilməlidir, - “Sərhədsiz reportyorlar” yazır. Bu, Rusiyanı tərk edərək üçüncü ölkələrə, məsələn, Ermənistan, Gürcüstan və ya Türkiyəyə gedən KİV  işçilərinə də aiddir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN