“Yoğun bağırsaqdan əməliyyat olunandan sonra iş qabiliyyətimi itirmişəm, ancaq əlillik statusu ala bilmirəm. Müraciətimə cavab gəlib ki, müalicə olunmalıyam. Məgər kəsilmiş bağırsaq müalicə ilə uzanacaq? Cərrah deyir ki, ömrünü belə başa vuracaqsan”.

Bunu 38 yaşlı Elçin Hüseynov deyir.

Onun sözlərinə görə, Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində kirayədə yaşayır: “Fəhlə və sürücü kimi işləyərək ailəmi dolandırırdım. Son vaxtlar qanaxma gücləndiyindən əməliyyat olundum. Yorğun bağırsağım kəsilərək götürüldü. Günün yarıdan çoxunu ayaqyolunda keçirirəm, yəni adi su belə içəndə ayaqyoluya gedirəm. Həkim deyir ki, bu, səninlə ömür boyu gedəcək”.

E.Hüseynov deyir ki, əlillik təyinatı üçün 3 dəfə müraciət edib, lakin hər dəfə imtina cavabı gəlib, onu malicəyə göndəriblər.

“Fevraldan bəri qəsəbədə tanışların köməyi ilə dolanırıq. İki övladımın üzünə baxa bilmirəm, qonşular ərzaq yardımı etməsə, həmin günü ac yatırlar. Ağırlıq qaldıra bilmirəm, heç bir yerdə iş vermirlər. Adi fəhlə kimi də işə götürmürlər ki, ağırlaşsan kim cavabdehlik daşıyacaq”,- deyə E.Hüseynov bildirir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi sorğuya cavab vermir. Nazirliyin “qaynar xətt” xidmətindən isə əlilliklə balı suala yalnız vətəndaşın özü müraciət etdikdən sonra cavablandıra biləcəklərini deyiblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA