Bu ilin mayına çalışdığı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış neft-mədən xüsusi texnika İdarəsindən işdən çıxarılıb.

Bu barədə ölkə mediasına müraciət edən Rəhman Pənahlı deyir ki, ona əvvəlcə attestasiyadan keçə bilmədiyi, sonradan isə əmək müqaviləsinin müddətinin bitməsi səbəb gətirilərək işdən çıxarıldığı bildirilib. 22 il neft sektorunda çalışan 46 yaşlı Rəhman Pənahlı işdən çıxarılarkən onun ailə vəziyyəti, xəstəlikləri nəzərə alınmayıb: “Evdə tək mən işləyirdim. Azyaşlı övladım nevroloji xəstəlikdən əziyyət çəkir, 6 saylı nevroloji dispanserdə qeydiyyatdadır. Digər iki övladım ali təhsil alır, onlar da mənim öhdəmdədir”.

Şikayətçinin sözlərinə görə, bağırsağından əməliyyat keçirib, xəstəliyi ilə bağlı müalicə aldığı müddətdə işdən çıxarılıb: “Həmkarlar təşkilatının nümayəndəsi evimdə olub, mənimlə söhbət edib. Lakin sonradan izahat verib ki, guya xəstəliyim yalandır, o, gələndə evdə olmamışam. Birinci əməliyyatdan sonra evimə gələrkən bir qutu xurma, peçenye, bir qutu da çay gətirmişdi, 100 manat da xəstəliyim üçün karta pul keçirdilər. Bu da işçinin maddi vəziyyəti aşağı olduğu üçün həmkarlar təşkilatı tərəfindən edilən köməkdir”.

R.Pənahlı qeyd edir ki, onunla bərabər 150 işçi attestasiyaya cəlb edilib. Onu aşağı bal topladığına görə işdən çıxarıblar, lakin rəhbərliyə yaxın şəxslər bal toplamadığı halda işdə saxlanılıblar.

“22 il sürücü-maşinist vəzifəsində çalışıram, bu sahə üzrə peşə məktəbini bitirmişəm. İndi isə deyirlər ki, sualları cavablandıra bilməmisən. Ədalətli qərar vermədilər, niyə işçi rəhbər şəxslərə yaxın olanda attestasiya nəticəsi nəzərə alınmır?”, – deyə R.Pənahlı bildirir.

R.Pənahlı əlavə edir ki, yaşadığı ev 1960-cı illərdə tikilib, uçub-tökülmüş yerlərə selafan torbalarla örtük çəkib: “Dolana bilmirəm, axı həmkarlar təşkilatının nümayəndəsi şəraitimi gördü. İşdən çıxandan sonra keçirdiyim stressdən sonra gözlərim zəifləyib. Fəhlə babayam, aldığım maaş dolanmağıma güclə çatırdı, fəhlə ilə prinsip aparmazlar”.

“Azneft” İstehsalat Birliyindən bildiriblər ki, Rəhman Pənahlının əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən çıxarılıb. Ona iş təklif edilsə də, qəbul etməyib.

R.Pənahlı isə deyir ki, ona təklif edilən iş yeri yaşadığı Zirə qəsəbəsindən kilometrlərlə uzaqda yerləşir. Üstəlik, dərəcəsini 6-dan 4-cü dərəcəyə qədər aşağı salırlar. Bu isə əməkhaqqına ciddi təsir edir. Buna görə də o, təklif edilən işi qəbul etməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN