Kiyev itirdiyi ərazilərin Rusiyanın nəzarətində qalacağını qəbul etməlidir.

Tezadlar.az xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel “The New York Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, münaqişənin ən çox ehtimal olunan nəticəsi Ukrayna ərazisinin bir hissəsinin Rusiyanın nəzarətində qalması olacaq.

Pavel bunun “müvəqqəti” ola biləcəyini qeyd edib, lakin əlavə edib ki, “müvəqqəti hadisə” illərlə davam edə bilər.

O, həmçinin Kiyev hakimiyyətini realist olmağa çağıraraq, Ukraynadakı münaqişədən yorğunluğun “hər yerdə artdığını” vurğulayıb.

Daha əvvəl Çexiyanın “Lidovki” qəzeti yazıb ki, Vladimir Zelenski Rusiya ilə münaqişə zamanı itirilmiş əraziləri qaytarmaqdan imtina etməyə hazırdır, lakin bunu heç vaxt açıq şəkildə etiraf etməyəcək. Nəşrin məlumatına görə, Ukrayna bütövlükdə ərazisinin bir hissəsinin itirilməsi ilə barışmağa hazırdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN