“Susuzluqdan qırlıb-batırıq. Qazandığımız pullar ancaq su maşınlarına gedir”.

Bunu  Goranboy rayonunun Yeni Məhəllə sakinləri deyir.

Ərazi Yeni Məhəllə adlansa da, bu sakinlər Goranboy rayonunun Dəliməmmədli qəsəbəsindən yeni yaşayış massivinə illər öncə köçüblər.

Zaman-zaman özlərinə şərait yaratmağa çalışan bu insaların ən böyük problemi içməli suyun olmamasıdır. Yaşayış massivində içməyə su tapılmır. İnsanlar yay-qış demədən əllərində, arabalarla su daşıyır, ya da su maşınlarının nə zaman gələcəyini səbrsizliklə gözləyirlər.

Sakinlərin sözlərinə görə, içməli su problemini həll etmək üçün döymədikləri qapı, müraciət etmədikləri qurum qalmayıb. Hətta rəsmilər gəlib problemlə yerində tanış olaraq vəd də veriblər. Amma müsbət nəticə yoxdur.

Problem yaşayış massivinin təxminən 5 küçəsini, daha dəqiq desək, 300-dən artıq sakinin yaşadığı ərazini əhatə edir. Deyirlər ki, vaxtilə bəziləri şəxsi vəsaitləri hesabına evlərinə su çəkiblər. Sakinlərin öz hesablarına çəkdirdikləri su xətlərinə sayğac da qoyulub. Lakin sonradan o xətt kəsilib.

Məsələ ondadır ki, yaşayış massivinin lap yaxınlığında əkin sahələri və subartezian quyuları var. Amma şəxsi olduğundan istifadəyə icazə verilmir.

Sakinlərin iradları ilə Goranboy rayon Sukanal İdarəsi razılaşmır. Deyirlər ki, bu idarə Yeni Məhəllə adlanan yaşayış massivinə xidmət göstərmir. Buna baxmayaraq, əhalini suya olan ehtiyacı nəzərə alınaraq məhəlləyə bir ədəd yeni subartezian quyusunun qaızlması ilə bağlı “Azərsu” ASC-ə məlumat verilib. Müsbət cavab gəldikdə yaşayış massivində subartezian quyusu qazılacaq.

İnşallah! "Yeməkdən ümid yaxşıdır!" deyib atalar! Ümid edək ki, aidiyyəti qurumlar səbri tükənən sakinləri çox gözlətməz.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN