İyunun 23-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 61-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 10-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarılan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN