Sentyabrın 2-si saat 21:15-dən sentyabrın 3-ü saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Paşalı rayonunun Martiros yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Belə hadisələrin törədilməsi son günlər daha da intensivləşib.

Pin It

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Pin It

Ötən sutka ərzində Rusiya hərbçiləri Ukraynaya məxsus daha 25 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Pin It

Azərbaycanda saxlanılan üç erməni gələcəkdə müxtəlif iddialar səsləndirə bilər. Bunun qarşısının alınması məqsədilə dərhal onlarla görüşdük. Onlar da Azərbaycan hökumətinə təşəkkürlərini bildirdilər və təbii ki, öz əməllərindən peşman olduqlarını ifadə etdilər.

Pin It

Sentyabrın 2-si saat 12:58-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN