MƏHKƏMƏ NAVALNININ İDDİALARINI RƏDD EDİB
Vladimir vilayətinin Kovrov Şəhər Məhkəməsi bu gün keçirilən iclasda Aleksey Navalnının 6 saylı ciddi rejimli koloniyanın rəhbərliyinə qarşı qaldırdığı iki iddianı rədd edib. Navalnı məhkəmədən onun cəzaçəkmə kamerasına (ŞİZO) yerləşdirilməsinin qanunsuz elan edilməsini və daha sərt həbs şəraitinə keçirilməsinin qeyri-qanuni kimi tanınmasını xahiş edib.