booked.netbooked.net booked.net  

Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibədə Mariupolda, xüsusilə “Azovstal” zavodu uğrunda gedən döyüşlər dünyanın diqqətini daha çox çəkdi.

Mariupolda gedən döyüşlərdə “Azovstal”a sığınaraq Rusiya ordusuna müqavimət göstərən, müharibənin gedişatını dəyişən, lakin Ukrayna rəhbərliyinin əmri əsasında qarşı tərəfə təslim olan əsirlədən iki qrupu geri qaytarılıb. Bu, əsirlərin dəyişdirilməsi çərçivəsində baş tutub. “Azovstal” müdafiəçilərinin 200-dən çoxu ötən həftə Türkiyənin vasitəçiliyi ilə dəyişdirilib və onların arasında 2 azərbaycanlı da var. Bunlar Ukrayna ordusunun Mariupolda dəniz piyadalarında döyüşmüş serjant Rüstəm Babayev və baş serjant Oleq Kərəmovdur. Rüstəm Babayev kiçik çavuşdur, 22 yaşı var, Ukraynada anadan olub. Müharibəyə qədər Nikolayev şəhərində qaynaqçı işləyib: “Atam azərbaycanlı idi, 7 yaşım olanda onu itirdik. Sonra dəfn üçün onun nəşini Bakıya apardılar. Burada yalnız əmilərim var, başqa heç kimim yoxdur”. O bildirib ki, müharibənin əvvəlində Mariupol yaxınlığında mövqedə olub: “Döyüşlərə, düşmənlə üz-üzə gəlməyə elə oradan başladıq. Ardından Mariupola tərəf çəkilməli olduq, müqavimət göstərir, müdafiə olunurduq. Onlarda aviasiya güclü işlədiyindən biz geri çəkilməli olurduq. Sonda “Azovstal”a çəkildik və azovçularla birlikdə zavodu müdafiə etməyə başladıq”. O, “Azovstal”da əsir düşməsi barədə danışarkən bildirib ki, son ana qədər mübarizə aparıblar: “Yalnız Ukrayna Prezidentinin silahlarımızı yerə qoyub təslim olmaqla bağlı əmri gələndən sonra təslim olduq. Bu, mayın 18-də oldu. Bizi Donetsk vilayətində yerləşən Yelenovka qəsəbəsinə, Volnovaxski rayonundakı Yelenovka kaloniyasına apardılar. Əsir mübadiləsinə qədər elə orda oldum. 4,5 aya yaxın müddətdə əsir oldum. Ən qısa zamanda vətənə qayıtmağı istəyirdim, amma düzünü deyim ki, artıq ümidimi tam kəsmişdim. Əsirlikdə olanda o qədər şey eşidib-görmüşdük ki, artıq heç nəyə inanmaq olmurdu. Biz informasiya vakuumunda idik, nə baş verdiyindən, ümumiyyətlə, xəbərimiz yox idi. Heç kim bizə heç nə demirdi, yalnız saxlayan şəxslər öz irəliləyişlərindən danışırdılar, bizi ruhdan salmaq və onların tərəfinə keçməyə razılıq verməyimiz üçün uydurma hekayələr qoşurdular. Mübadilə də bizim üçün gözlənilməz oldu. Bizi “Kamaz”lara yığdılar və elə bildik ki, yerimizi dəyişdirirlər. Çünki bizə “sizi indi başqa yerə aparacağıq” demişdilər. Yarım gün “Kamaz”da yol getdikdən sonra bizi təyyarəyə mindirdilər. Düşəndə anladıq ki, Qomeldə, Belarusdayıq. Yalnız sonradan bizi daşıyan avtobus Belarus-Ukrayna sərhədinə çatanda anladıq ki, əsir mübadiləsi olub və evə qayıdırıq. Gözlərimizə inanmırdıq. Adama elə gəlirdi ki, yuxudur və bu yuxudan ayılmaqdan qorxursan”. Rüstəm Babayev ad və soyadının ukraynalılara xas olmadığından onu daha çox yoxladıqlarını vurğulayıb: “Əsirlikdə olanda azərbaycanlı olduğumu bildilər. Çünki bizi qəbul edəndə anket doldururdular, ad, soyaq, hardan olmağımız barədə məlumatları toplayırdılar. Əvvəl elə bilirdilər ki, biz əcnəbi muzdlu əsgərlərik. Çünki deyirdilər ki, Ukrayna tərəfdən çox sayda muzdlu döyüşür. Əcnəbi ad-soyad görən kimi həmin şəxsə xüsusi diqqət ayrılırdı, onun bütün məlumatlarını araşdırırdılar ki, xırda bir bəhanə tapıb sabah xəbərlərdə “baxın, Ukrayna ordusunda ukraynalılar yox, muzdlular döyüşür” deyə bilsinlər”.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN