booked.netbooked.net booked.net  

Son illər su resurslarına ehtiyacda artım müşahidə olunur. TEZADLAR.AZ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, əllərin adi yuyulması kimi sadə və vacib gigiyenik prosedurun hamıya uzun illər əlçatan olması üçün suya qənaət etməliyik. Həmçinin, çox su istifadə etməməklə, suyun təmizlənməsi və çatdırılması üçün lazım olan enerjiyə qənaət etməklə, karbon emissiyalarının azaldılmasına töhfə vermiş olarıq.

Müsabiqə üçün 6-17 yaş arası məktəblilər suyun uşaqlar və cəmiyyət üçün nə demək olduğunu və hər damcı suyun vacibliyini, su hövzələrinin plastik və digər zərərli tullantılarla çirklənməsinin canlılar üçün yaradacağı təhlükəni və bunun qarşını almaq yollarını göstərən bir foto-kollaj çəkməlidir. Göndərilən fotoşəkillər iki şəkildən ibarət kollaj formatında olmalı, müəllifin “obyektivindən” iki vəziyyət əks etdirilməlidir: canlı su və cansız (çirklənmiş) su.

Kimlər iştirak edə bilər:
Müsabiqə Respublikada yaşayan bütün ibtidai və orta məktəb şagirdləri üçün açıqdır. (6-11, 12-17 yaş qrupları)

Qiymətləndirmə necə aparılacaq:
Fotolar aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:
- su mühafizəsinin keyfiyyətli şəkildə aparılması;
- fotoşəklin suya qənaət etməyə inandırıcılıq meyarı;
- kompozisiyanın keyfiyyəti və şəklin görünüşü meyarı üzrə.

Qaliblərlə necə əlaqə saxlanılacaq:
Hər bir qalibə şəklin paylaşıldığı sosial şəbəkə hesabına birbaşa mesaj göndərməklə məlumat veriləcək.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Əlaqə nömrəsi: 055 902 38 56

Şərtlər və qaydalar barədə daha ətraflı buradan tanış ola bilərsiniz.
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN