Rusiyaya qarşı yeni sanksiyalar paketinə Rusiya neftinə qiymət həddinin tətbiqi də daxil olacaq.

Bu sözləri Polşanın Avropa Şurasındakı səfiri Anjey Sados bildirib.

Səfir Brüsseldə bağlı qapılar arxasında müzakirə olunan məsələləri jurnalistlərə ətraflı açıqlamaq istəmədiyini deyib:

 "Söhbət G7-nin təklifindən gedir - Rusiya neftinin maksimal qiymətinin müəyyən edilməsi, bu, dəniz nəqliyyatında sanksiyalar müddəalarından çıxarılacaq", - deyə Sados bildirib.

Onun sözlərinə görə, Aİ elə bir mexanizm tapmaq istəyir ki,  “bu halda üçüncü ölkələrə neft ixracından Rusiya büdcəsinə daxilolmaların faktiki azalmasına gətirib çıxaracaq”.

O, artıq tərəflərin razılığa yaxın olduğunu da dilə gətirib.

Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Moskva neftə qiymət həddi tətbiq edəcək ölkələrə neft və neft məhsullarının tədarükünü dayandıracaq.

Xatırladaq ki, G7 ölkələri tərəfindən təsdiqlənən qiymət limiti Aİ embarqosunun şərtlərinə uyğun fəaliyyət göstərəcək. G7 qrupu dekabrın 5-dək Rusiya neftinin ixracı üzrə qiymət məhdudiyyəti mexanizmini işə salmağı planlaşdırır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN