Bu ilin ilk 7 ayında Azərbaycan ilə Türkiyə arasındakı ticarət dövriyyəsi 3 milyard 376 milyon dollar olub.

Bunu millət vəkili Vüqar Bayramov Praqa Sammitində iki qardaş ölkə başçılarının səmimi söhbətlərindən danışarkən bildirib.

O, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 26.0 faiz artdığını qeyd edib:

“Ötən ilin ilk 7 ayında dövriyyə 2.5 milyard dollar olmuşdu. Bütövlükdə, 2021-ci ildə iki ölkə arasındakı 4.661 milyard dollarlıq ticarət dövriyyəsi qeydə alınıb.

Digər tərəfdən, Türkiyə Azərbaycanın qeyri-neft ixracatında əsas ticarət tərəfdaşına çevrilib”, -deyə bildirib.

Vüqar Bayramov vurğulayıb ki, əvvəllər qeyri-neft ixracatında əsas ticarət tərəfdaşımız Rusiya idi.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, nəinki Azərbaycan Türkiyə, bötüvlükdə Türk dövlətləri arasında iqtisadi əlaqlərin daha da güclənməsinə gətirib çıxaracaq. “Regiondakı yeni düzən və dəyişikliklər Türk dünyası üçün də yeni imkanlar deməkdir”, -deyə o, qeyd edib.

 Xatırladaq ki, cari ilin 9 ayı ərzində (yanvar-sentyabr aylarında) Azərbaycanın ümumi ixracı 29,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib.

Bu barədə "İxac icmalı"nda qeyd edilib.

2022-ci ilin sentyabr ayı üzrə qeyri-neft sektoru üzrə ixrac 231,2 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 7,4% artaraq 49,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 1,7% artaraq 181,6 milyon ABŞ dollarına bərabər olub.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN