Qazaxıstanda çörəyin qiyməti artırılıb.

"Çörəklə bağlı vəziyyət belədir - oktyabrın 4-də çörəyin qiyməti 11,9% artıb. Hamınız bilirsiniz ki, Kənd Təsərrüfatı Nazirliyi və Ərzaq Müqavilə Korporasiyası yanvar-sentyabr aylarında daha ucuz - 90 min tengeye (321.72 AZN - red) taxıl tədarük edib”.

Bunu Qazaxıstanın kənd təsərrüfatı naziri Yerbol Karaşukeev Qazaxıstanda  çörəyin bahalaşmasına münasibət bildirərkən deyib.

O, vurğulayıb ki, artıq  oktyabr ayından ilin sonuna qədər yeni məhsul verən bölgələr öz qiymətlərini götürürlər.

Nazirin sözlərinə görə, Qazaxıstanda çörək bir sıra səbəblərə görə bahalaşa bilər: komponentlər, elektrik enerjisi, kommunal xidmətlər və ilaxır.

"Ona görə də ümumilikdə qiymət artımı var, biz bunu görürük. Yanvar ayından qiymətlərin sabitləşməsi üçün bütün tədbirləri görəcəyik. Ümumiyyətlə, qiymətlərin böyük artımı üçün heç bir əsas yoxdur, ona görə ki, biz ötən ilkindən daha çox un istehsal edirik. Hətta orta illik məhsuldarlıqdan daha çox buğdamız var. Biz bu il sabitləşdirmə fonduna bir milyon ton taxıl toplamağı planlaşdırırıq ki, bunun da 900 min tonu buğdadır. Əlimizdə olan ehtiyatları nəzərə alaraq, bütün sosial əhəmiyyətli məhsulların, o cümlədən sosial unun qiymətini tam olaraq saxlayacağıq”, -deyə nazir vəd edib.

Qeyd edək ki, Qazaxıstanın adı dünyanın ən böyük taxıl ixracatçıları  siyahısındadır. 2020-ci ildə onluqda 9-cu yerdə qərarlaşıb. Həmin il ölkə 5 198 943 ton taxıl ixrac etmişdi.

Xatırladaq ki, bir müddət əvvəl daxili tələbatı ödəmək üçün Qazaxıstan da taxılın  xaricə satışına limit qoymuşdu.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN