Mərkəzi Afrikanın Kamerun Respublikasında “Qarabağ Azərbaycandır!” adlı içməli su quyusu ehtiyaclı insanların istifadəsinə verilib.

Tezadlar.az  xəbər verir ki, su quyusunun açılması təşəbbüsü Marneulidən olan, "Umud Yardım Fondu"nun rəhbəri Minurə Mustafayevadır. Quyunun açılış mərasimində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları, “Qarabağ Azərbaycandır!”, “Yaşasın Gürcüstanda yaşayan azərbaycanlı qardaşlarımız!”, “Bütün dünyada yaşayan Azərbaycan türk xalqı var olsun!”, “Qarabağ Azərbaycandır!” su quyusunun təşkilatçısı Minurə Mustafayeva xanıma Afrika xalqı adından təşəkkür edirik!” şüarlarının, Şuşanın, “Xarıbülbül” fotolarının əks olunduğu plakatlar nümayiş etdirilib. Azərbaycana, Türkiyəyə və Gürcüstana salamlar göndərən Afrikalılar “Qarabağ Azərbaycandır!” su quyusuna dəstək göstərən Gürcüstan azərbaycanlılarına minnətdarlıq bildiriblər.

Qeyd edək ki, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Minurə Mustafayevanın təşəbbüsü ilə yardımsevər insanların da dəstəyi ilə Afrikada 6 içməli su quyusu qazılıb və ehtiyaclı insanların istifadəsinə verilib. Həmin quyular “Borçalı”, “Pəri xanım Sofiyeva”, “Qarabağ” və sair adları daşıyır.

24News.ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN