...Ümumilikdə 18040 manat ziyan vurulub.

“Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Qaradağ, Səbail rayonları, Mingəçevir şəhəri, Lerik və Ucar rayonları ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 18040 manat məbləğində ziyan dəydiyi müəyyən edilib”.

Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov “TEZADLAR.AZ”a bildirib.
“Faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, -deyə nazirlik rəsmisi bildirib.

 ***

 Qeyd edək ki, ETSN-in təşəbbüsü ilə hər il ölkəmizdə minlərlə ağac əkilir, yaşıllıq sahələri artırılır. Həmçinin müxtəli qurumlarla birgə də ağacəkmə aksiyaları keçirilir.

 Məsələn, yaz fəslində təkcə Zaqatala, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş, Tovuz, Samux, Şəmkir, Siyəzən, Quba, Masallı və Lənkəran rayonlarında keçirilən ağacəkmə tədbirləri zamanı ümumilikdə 33 hektar meşə fondu ərazisində 56 000-dən artıq meşəcinsli ağac əkilib, 500 kiloqram toxum səpilib. Siyəzən və Samux rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 5 hektar ərazidə 10 000-dən çox meşəcinsli ağac tingi əkilib.

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə keçirilən tədbirlərdə könüllülər tərəfindən vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilən ağac tingləri hədiyyə edilir, onlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar da verilir.

...Lakin təəssüf ki, hələ də bəzi insanlar anlamır ki, ağacları kəsməklə gələcəyimizə, sağlamlığımıza balta vururlar və ödədikləri heç bir cərimə onun əvəzini ödəyə bilməz.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN