Rusiya prezidenti Vladimir Putin regional hakimiyyət orqanlarına sosial qazlaşdırma proqramı çərçivəsində ehtiyacı olan vətəndaşlara qaz avadanlıqlarının alınması üçün ən azı 100 min rubl məbləğində subsidiyalar ayırmağı tapşırıb.

"Mən regional hakimiyyət orqanlarından xahiş edirəm ki, ehtiyacı olan vətəndaşlara qaz avadanlığının alınması və sahə daxilində müvafiq işlərin görülməsi üçün subsidiyaların verilməsini təmin etsinlər. Belə subsidiyanın məbləği hər qoşulma üçün ən azı 100 min rubl olmalıdır”, - Putin bu gün Rusiya Enerji Həftəsi forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, oktyabrın əvvəlinə sosial qazlaşdırma proqramı çərçivəsində artıq 300 min ailənin torpaq sahəsinə qaz çəkilib. Bununla belə, bir çox vətəndaşlar üçün qaz avadanlığının və böyük sahələr içərisində işlərin dəyəri ailə büdcəsi üçün böyük bir yükdür.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN