Qarşılıqlı əməkdaşlığımızı daha da dərinləşdirmək və inkişaf etdirmək üçün kifayət qədər potensial mövcuddur. Azərbaycan Qafqazda əsas dövlətdir və Bolqarıstan kimi müasir proseslərin istiqamətinə təsir edən, bir çox mədəniyyətlərin kəsişdiyi yerdir.

Bu fikirləri Beynəlxalq münasibətlər üzrə mütəxəssis, siyasi elmlər namizədi Stanislav Baçev Azərbaycan və Bolqarıstan arasında münasibətlərin inkişafından danışarkən bildirib.

Mütəxəssis qeyd edib ki, işgüzar münasibətlərin rəvan inkişafı birbaşa dövlət dəstəyi ilə bağlıdır.

“Məhz dövlət ikitərəfli münasibətlərdə biznesin işini və əlaqələrini asanlaşdıra biləcək qurumların fəaliyyətini təşkil etmək üçün alət və səlahiyyətlərə malikdir. Bura bank zəmanətləri, logistika və nəqliyyatla bağlı prosedurların sadələşdirilməsi və s. daxildir. Bolqarıstan dünya səviyyəli məişət kimyəvi maddələrinin istehsalını, qida sənayesinin bir çox sahələrini inkişaf etdirib, məhsulları demək olar ki, bütün qitə ölkələrinin istehlakçılarına çatır. Bolqarıstanda, həmçinin, isitmə və suyun qızdırılması üçün keyfiyyətli məişət texnikası mövcuddur ki, bu da Azərbaycanda istehlakçılar tərəfindən yüksək qiymətləndirilə bilər”, -deyə bildirib.

Onun sözlərinə görə, Bolqarıstan gələcəkdə körpü kimi Avropa İttifaqına qapıları açmaqla, Azərbaycanda gübrə istehsalını daha da asanlaşdıra və sadələşdirə bilər - buna həm bilavasitə, həm də lazım gələrsə, bir məhsul və ya xammalın ticarəti və ya digəri ilə mübadiləsi yolu ilə nail olmaq yolları mövcuddur.

Xatırladaq ki, Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Bu il  Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfər edib, iyul ayında isə Bolqarıstanın baş naziri Kir Petkov Bakıda səfərdə olub.

Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və  digər sahələrdə  əlaqələr dinamik şəkildə inkişaf etməkdədir.

 

Y.MƏMMƏDLİ  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN