Azərbaycanda xurma istehsalına maraq artmaqdadır.

Ölkədə 500 mindən çox insanın bu məhsulun istehsalı və ixracatı ilə məşğul olduğu bildirilir. Son illər bu qazanclı sahə insanları daha çox cəlb etməyə başlayıb.

***

2021-ci ildə Azərbaycan xurma məhsulunun ixracında Çini geridə qoyub və İspaniyadan sonra dünyanın ikinci ən böyük xurma ixracatçısı olub.

Bu barədə “Azexport.az” elektron ticarət portalının rəhbəri Ayxan Qədəşov deyib.

O, ötən il Azərbaycandan 125,9 milyon ABŞ dolları dəyərində xurma ixrac olunduğunu və bu göstərici ilə dünya bazarında ixracatdakı payımızın 2020-ci ildəki 13%-dən 2021-ci ildə 20%-ə yüksəldiyini qeyd edib.

DGK-nin məlumatına görə,  2021-ci ildə ölkədən 174158.19 ton xurma ixrac edilib ki, bu da bir il öncəki göstəricini 38,5% üstələyir.

Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Qədir Yusifov yerli məhsulun əsasən Rusiya və Ukrayna bazarlarına tədarük edildiyini bildirərək qeyd edib ki, bu ölkələrə məhsul ixracının artırılması mövcud vəziyyətin sabitləşməsindən asılı olacaq.

Xatırladaq ki, bir müddət əvvəl Assosiasiyanın rəhbəri KİV-ə bildirmişdi ki, bu il xurmanın kütləvi ixraca oktyabrın 20-dən başlanılacaq. O, yüklərin vaqon və TIR-larla daşındığını bildirib:

“Keçən il Azərbaycanın Rusiya ilə sərhədində böyük tıxaclar oldu və minlərlə maşın yolda qaldı. Bu ilin mart ayından bu günə qədər kənd təsərrüfatı məhsullarının ixracında belə hallar olmayıb. Amma müharibə 30-40 min tonluq Ukrayna bazarının itirilməsi deməkdir. Bu ölkəyə birbaşa ixracımız olub. Üstəlik Rusiyanın Rostov şəhərindən Azərbaycan xurmasını alıb müxtəlif yollarla Ukraynaya daşıyırdılar”, -deyə vurğulamışdı.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN