Kuleba Ukrayna taxılından asılı olan ölkələrə səslənib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Moskvanın sazişdən çıxmaq niyyətində olduğuna dair siqnallardan sonra beynəlxalq ictimaiyyəti Rusiyanın Qara dəniz üzərindən “taxıl dəhlizi”ni pozmasının qarşısını almağa çağırıb.

Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

"Rusiya bizim xəbərdar etdiklərimizi edir... İstərdim ki, Afrikada, Asiyada və Yaxın Şərqdəki hər bir ailə bilsin: Ukrayna heç bir əlavə şərt irəli sürmür, biz sadəcə dəhlizin işləməyə davam etməsini istəyirik. Taxıl dəhlizini müdafiə etməyin zamanıdır. 

Mən bütün ölkələri və təşkilatları Moskvaya aydın siqnal göndərməyə çağırıram: şantaj dayandırılmalıdır, Rusiyaya milyonlarla insanın taleyini təhlükəyə atmağa imkan verilməyəcək. Müraciətim xüsusilə o ölkələrə ünvanlanıb ki, Ukrayna taxılından asılıdır”, - deyə Dmitri Kuleba vurğulayıb.

Xatırladaq ki, daha əvvəl KİV-də gedən məlumatda qeyd edilib ki, Rusiya BMT-yə tələblər siyahısını göndərib və  onlar yerinə yetirilməyəcəyi təqdirdə noyabrda müddəti başa çatacaq Qara dəniz taxıl ixracı sazişindən çıxmaqla hədələyib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN