Azərbaycan iqtisadiyyatında bu il də irəliləyiş əldə olunub. Bu əvvəlki illərlə müqayisədə daha aydın şəkildə hiss olunur.

"2022-ci ilin yanvar-sentyabr aylarında Ümumi Daxili Məhsul əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6% artaraq 98 milyard 77,8 milyon manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,1% artaraq 50 milyard 285,8 milyon manat olub. Qeyri-neft-qaz sektorunda artımın əvvəlki ildə olan artım tempi ilə müqayisədə sürətlənməsi prosesi davam edir".

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda  62 milyard 877,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Statistika Komitəsinin məlumatına görə, ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,2 faiz artıb. ÜDM istehsalının 40,1 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,2 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6279 manata bərabər olub.

Ötən ilin nəticələrinə görə isə ölkədə 92 milyard 857,7 milyon manatlıq ÜDM istehsal olunub.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN